Luara çayı

coğ. Loire f

Luanda
Luiziyana
OBASTAN VİKİ
Luara çayı
Luara çayı (fr. Loire, bret. Liger, lat. Liger) — Fransada ən uzun çay. Uzunluğu 1012 км, çay basseynin sahəsi 119 min км². Başlanğıcını Fransanın cənubundakı Ardeş departamentindəki Jrebye-dö-Jonk (Mont Gerbier de Jonc) dağından götürür. Şimlala Orleana qədər axır, sonradan qərbə çevrilir. Nant şəhəri yaxınlığında Atlantik okeanına tökülür. Lura çayı sahillərində Roann, Never, Orlean, Blua, Tur, Anje, Sen-Nezer şəhərləri yerləşir. Çayın qərb sahili Luara ölkəsi regionu adlanır.
Luara (departament)
Luara (fr. Loire, oks. Léger) — Fransa şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 42. İnzibati mərkəzi — Sent-Etyen. Əhalisi — 766 729 nəfər (departamentlər arasında 28-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi - 4781 km². Departament keçmiç Luar vadisində yerləşir. Departamentə 3 rayon, 40 kanton və 327 kommun daxildir. == Tarixi == Luara departamenti 1793-cü il martın 4-dən etibarən mövcud olan Rona-Luara departamentinin bölünməsi nəticəsində 1993-cü il noyabrın 19-da yaradılmışdır .
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Luara vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Yuxarı Luara
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Endr və Luara
Endr və Luara (fr. Indre-et-Loire) — Fransada yerləşən, Mərkəz - Luara vadisi regionun departametlərindən biri. Sıra nömrəsi — 37. İnzibati mərkəzi — Tur . Əhalisi — 605 819 nəfər (2010). == Coğrafiyası == Sahəsi — 6127 km². Departamentə 3 rayon, 37 kanton və 277 kommun daxildir. == Tarixi == Departamentin adı 2 çaydan adlandırılır Luara və Endr. Endr və Luara — 1790-ci ilin martında Böyük Fransa İnqilabı zamanı yaradılan 83 departamentlərindən biri. Keçmiş Turen vilayətinin ərazisində yerləşir.
Men və Luara
Men və Luara (fr. Maine-et-Loire, bret. Maine e Léger) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 49. İnzibati mərkəzi — Anje. Əhalisi — 808 298 nəfər (departamentlər arasında 27-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 7166 km². Departamentin ərazisi Luara çayının yaxınlığında yerləşir. Departamentə 4 rayon, 41 kanton və 363 kommun daxildir. Maine və Loire - 1790-cı ilin mart ayında Anju əyalətinin ərazisində Böyük Fransa İnqilabı zamanı yaranmış ilk departamentdən biridir.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sona və Luara
Sona və Luara (fr. Saône-et-Loire) — Fransanın şərqində yerləşən , Burqundiya-Franş-Konte regionun departamenlərindən biri. İnzibati mərkəzi Makondur. Əhalisi 574 874 nəfərdir (departamentlər arasında 47-ci yer, 2010-ci ilin məlumatları). Departamentin ərazisi 8575 km²-dir. Departamentin ərazisində Sona və Luara çayları axır. Bu çayları birləşdirən Mərkəzi Kanal da mövcuddur. Departamentə 4 rayon, 57 kanton və 573 kommun daxildir. Sona və Luara, 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burundi və Bresse əyalətlərinin ərazisində yerləşir.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. == Təsviri == Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. == Delta == Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Fındıqlı çayı
Fındıqlı — Gədəbəy rayonu ərazisində çay. == Toponimikası == Babacan (Becan, Bacanka da adlanır) çayının qoludur. Ruslar tərəfindən qeydə alınarkən Funduqlu, Fundullu kimi də yazılmışdır. Çay həmin rayonun ərazisindəki fındıqlı yeri adlı sahədən (Novosaratovka kəndi yaxınlığındadır) axdığı üçün belə adlandırılmışdır. XIX əsrdə çayın sahilində salınmış Novosaratovka yaşayış məntəqəsi də bir müddət Fındıqlı adı ilə tanınmışdır. Kəndin rus əhalisi bu yerə Orexovaya qora da deyir.
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Kampuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Kerulen çayı
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.